"3.5 milyon qaçqını həmişə Türkiyədə saxlayacaq deyilik"
Day.Az представляет новость на азербайджанском языке
Qaçqınların bir qismi Türkiyədə qala bilər.
Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
"Türkiyəni məşğul etmək üçün tələ qurdular, dəf etdik. Hədəflərimizdən dönmədik. Fərat qalxanı əməliyyatı ilə 3000-ə yaxın İŞİD terrorçusunu məhv etdik. 2 min kvadrat kilometrlik ərazini terrorçulardan azad etdik. 135 min qaçqının torpaqlarımıza qayıtmasına yardım etdik.
İndi də eynisini Afrində gerçəkləşdirmək istəyirik. Afrin məsələsini həll edəcəyik. Qaçqın qardaşlarımızın öz doğma yurdlarına qayıtmasını istəyirik. 3.5 milyon qaçqını həmişə burada saxlayacaq deyilik. Onlar da tezliklə öz torpaqlarına qayıtmaq istəyirlər. Qaçqınların bir qismi Türkiyədə qala bilər, bu başqa mövzudur".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре