Ərdoğan: "Bu millət bir olunca, nəyə qadir olduğunu ortaya qoyur"

Day.Az представляет новость на азербайджанском языке

"Bu millət bir olunca, iri olanda, diri olanda, qardaş olanda nəyə qadir olduğunu ortaya qoyur"

Day.Az Media24.Az-a istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ankara İdman Salonunda Beynəlxalq Qadınlar Günü münasibəti ilə çıxış edərkən bildirib.

Ərdoğan "Bu son Afrin hadisələri bizə bir şeyi göstərdi. Bu millət güclü bir millət. Bu millət ixtisaslı bir millət. Bu millət bir olunca, iri olanda, diri olanda, qardaş olanda nəyə qadir olduğunu ortaya qoyur. Az öncə son rəqəmi aldım. Həmdolsun az qaldı.

Hazırda 2960-cı terrorist öldürülüb. Bu axşama qədər o 3 mini keçəcək. Dağ-daş demədən Mehmet-imiz irəliləməyə davam edir" .

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.