İpotekanın ilkin ödənişi ləğv ediləcəkmi? - CAVAB

Day.Az представляет новость на азербайджанском языке:
Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov söyləyib.
İqtisadçı bildirib ki, regionlara ayrılan ipoteka kreditlərinin səmərəliliyinin yüksəldilməsi, kreditlərin region əhalisinə əlçatanlığının təmin edilməsi olduqca aktual məsələlərdəndir: "Bu baxımdan regionlarda yaşayan vətəndaşlarımız üçün daha güzəştli şərtlər ilə kreditlərin təklif edilməsi olduqca vacibdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bölgələrdə əhalinin orta aylıq əmək haqqı paytaxtla müqayisədə 2 dəfə azdır və bu da əhalinin ipoteka müraciəti üçün imkanlarının məhdud olmasına gətirib çıxarır. Nəzərə alaq ki, adi və sosial ipoteka üçün tələb edilən əmək haqqı məbləği adətən təxminən 700 manatdan çox olur. Bu isə az gəlirli bölgə camaatının bu imkandan yararlanmasını çətinləşdirir".
Vüqar Bayramov onu da diqqətə çatdırıb ki, ipoteka proqramına edilən dəyişikliklər eyni zamanda maksimum məbləğin artırılmasını və gənc ailələr üçün ilkin ödənişin ləğv edilməsini, regionlar üçün ipoteka kreditlərinin müəyyənləşdirilməsini özündə əks etdirəcək: "Əvvəla, həm sosial, həm adi ipoteka üçün maksimum məbləğin artırılması nəzərdə tutulub. Nəzərə alaq ki, hər iki kredit növü üzrə hazırda maksimum məbləğ 50 min manatdır. Təbii ki, bu məbləğ əmlak bazarındakı mövcud qiymətlərə uyğun deyil. Buna görə də maksimum məbləğin artırılması nəzərdə tutulub. İpoteka kreditlərində maksimum məbləğ 50 mindən 100 min manatadək artırılacaq. Bu, ipoteka kreditlərinin səmərəliliyini mənzil bazarındakı qiymət səviyyəsinə uyğun olaraq müəyyən qədər yüksəltməyə imkan verəcək. Eyni zamanda, ipoteka kreditlərinin verilməsi zamanı ilkin ödənişin gənc ailələr üçün ləğv edilməsi də təkliflər siyahısındadır. Mərkəzi Bank bunun üçün iki praktikadan istifadə etmək niyyətindədir. Bunlardan birincisi, əmanət tipli bankların formalaşdırılması və bununla bağlı ipoteka fondunun yaradılmasından, ikincisi, ipoteka fondu yanında ipoteka zəmanət fondunun formalaşdırılmasından ibarətdir. Bu isə imkan verəcək ki, zəmanət fondu vətəndaşlara 100 faizlik kredit verə bilsin. Praktiki olaraq vətəndaş artıq 80 faiz deyil, 100 faizlik ipoteka krediti əldə edə biləcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре