Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir

"Sita Aviasiya Elektrik Rabitə Xidmətləri Beynəlxalq Cəmiyyəti"nin Azərbaycandakı nümayəndəliyi ləğv edilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 96E, 2-ci mərtəbə, Dentons Europe ünvanına bildirə bilərlər.

Sözügedən şirkət 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin Azərbaycandakı nümayəndəliyinin qanuni təmsilçisi Quliyev Rauf Akif oğludur.