“Kapital Bank” ASC-nin Səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib

16 sentyabr 2015-ci il tarixdə Bankın baş ofisində keçirilən ümumi yığıncağın gündəliyində duran əsas məsələ "Kapital Bank" ASC-nin sənədli səhmlərinin formasının dəyişdirilməsi idi.
Məlum olduğu kimi, 14 iyul 2015-ci il tarixdə "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, investisiya qiymətli kağızları sənədsiz formada buraxılmalı, ötürülməli və mərkəzi depozitarda saxlanılmalıdır. Qanunun 91.1-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi tarixədək buraxılmış sənədli investisiya qiymətli kağızları ilə əqdlər, yalnız həmin investisiya qiymətli kağızlarının sənədsizləşdiril
Bu baxımdan, "Kapital Bank" ASC-nin sənədli səhmlərinin sənədsiz səhmlər qiymətli kağız formasına keçirilməsi ilə əlaqədar "Kapital Bank" ASC-nin Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi qərara alındı.
Bundan əlavə, "Kapital Bank" ASC-nin Müşahidə Şurasının Əsasnaməsinə müvafiq əlavə və dəyişikliklər edildi.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре