"Воскресное чтиво" на Day.Az: Стихи наших читателей
В рамках рубрики "Воскресное чтиво" на Day.Az представляет стихотворения нашей читательницы Фариды Атаевой.
Мы призываем наших читателей продолжать посылать свои произведения на электронный адрес [email protected].
Ana nəsihəti
Qaytarmaq istəsəz haqqımızı siz
Sizdən haqq istəsək haqqımız zəhmət
Zəhməti zəhmətlə böləsiz gərək
Zəhməti heç nəyə etməyin hədəf.
Deməyin biz sizdən narazıyıq yox
Ürəyə sancılan hər hansı bir ox
Ana ürəyindən keçməsin heç vaxt
Qorxuram yerini dəyişər bir vaxt.
Anayam, baxaram, ürəyim ağrar
Gözümü yumsam da, rəngim saralar
Söz demək istəsəm dilim dolaşar
Qiymətli atalar məsəlimiz var
"Nə doğrarsan aşına, o çixar qaşığına".
Sizi başa düşən, sizi izləyən
Sizə məhəbbətdən dağlar yüksəldən
İlahi bir qüvvə anadır, ana
Ürəkdən - ürəyə yol salın ona.
* * *
Bəzən gileylənir ana övladdan
Övladlar dünyaya eynilə gəlir
Bizi Yaradannan gəlməz bir xəta
Tərbiyə atadan, anadan gəlir.
Hər kəs böyüdərsə ağıllı övlad
Ata, ana üçün sərvətdir bu ad
Şərəfi, şöhrəti vətən verəcək
Ürəkdən el-oba əhsən deyəcək.
Ağac şaxələnib bəhər verirsə
Ananın bəhəri övladdır ancaq
Ağaclar kötükdən qida alırsa
Övlad əməlindən qidalanacaq.
Ata dayağımız, vüqarımızdır
Ana zəhmətimiz hər anımızdır
Nənə nəsihəti meyarımızdır
Həyat düşüncəmiz amalımızdır.
Özünü zəhmətə heç salmayanlar
Hər bir çətinlikdən uzaq duranlar
Sabahı övladdan özü nə umar
Artıq söz-söhbətə yol verər onlar.
Gəlin, söz-söhbətə salmayaq heç biz
Övladı naxələf sanmayaq heç biz
Bu, bir oyun deyil qismətdir deyək
Sonrada övladdan biz gileylənək.
Bu mənim təcrübəm, həm də zəhmətim
Açıq bir ürəklə sizə söylədim
Hər bir əziyyətə qatlansaq əgər
Zəhmət olan yerdə, hər iş düzələr.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре