Anası azərbaycanlı modeli ölümdən xilas etdi, özü isə...

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycanlı model ağır qəza keçirib.

Milli.Az xəbər verir ki, "Miss Azərbaycan 2014"ün qalibi Cavidan Qurbanova dünən Səabil rayonu ərazisində, Bayraq meydanına yaxın yerdə ağır qəzaya düşüb.

Avtomobildə anası ilə olan modelin özünə ciddi bir şey olmasa da, anasının ciddi xəsarət aldığını deyir. 

"Həyatımda ən ağır gün yaşanıb. Hər şey bir anın içində baş verdi. Qəza baş verməmişdən bir neçə saniyə öncə avtomobildə mənimlə bir yerdə olan anam, məni qucaqlayaraq ölümdən qurtardı. Özünün isə qolu, burnu, üç qabırğası sınıb. Bədəni kəsik-kəsik olub. Özüm ciddi xəsarətlər almamışam" -  Cavidan Qurbanova deyib.