Şahrux Xan azərbaycanlı qıza elə bir sürpriz etdi ki...

Day.Az представляет новость на азербайджанском языке

Ölkə.Az xəbər verir ki, məşhur Bollivud aktyoru Şahrux Xan azərbaycanlı tələbə qıza sürpriz edərək onu doğum günü münasibətilə təbrik edib.

Aktyor şəxsi "Twitter" səhifəsində Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Cəmilə Abdullayevanın doğum günü təbrikinə onun doğum günündə cavab yazıb.

O, Cəmiləyə 20 yaşı tamam olması münasibəti ilə xoş arzularını çatdıraraq, filmindən olan treyleri məhz onun üçün paylaşıb.

Xatırladaq ki, noyabrın 2-də Şahrux Xanın 50 yaşı tamam olub.

Mediada tez-tez Bollivudun Padşahı, Kral Xan, Romantikanın Kralı və Bollivudun kralı kimi tanınan Şahrux Xan romantik dram janrından tutmuş hərəkət trilleri janrına kimi olan 75-ə yaxın filmdə rol alıb.

Şahrux Xan indi Hind kino tarixinin ən böyük və nüfuzlu aktyorlarından biridir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.