Tarixi abidələrimiz necə qorunur? - VİDEO - FOTO

Day.Az представляет новость на азербайджанском языке.
Bəşər sivilizasiyasının inkişafında xalqımızın da böyük xidmətləri olub.
Ölkəmizin tarixi qədimdir. Bunu respublikamızın ərazisində olan qədim yaşayış məskənləri, əsrlərin sınağından çıxaraq bu günə gəlib çatmış qiymətli abidələr də aydın göstərir.
Xalqımızın keçmişini özündə yaşadan bu mənəvi dəyərlər hələ də açılmamış sirlərlə doludur. Bununla belə həmin arxeoloji və memarlıq abidələrinin tədqiqi göstərir ki, bəşər sivilizasiyasının inkişafında xalqımızın da böyük xidmətləri olub. Bu abidələri qorumaq, nəsillərdən-nəsillərə çatdırmaq bizim vəzifə borcumuzdur.
Hər bir xalqın tarixi abidələri dünya mədəni irsinin ayrılmaz hissəsi kimi qəbul edilib. Bu səbəbdən də maddi-mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyətli işdir. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunda abidələrin toxunulmazlıq statusu və onların qorunub gələcək nəsillərə çatdırılması bir daha təsbit olunub. İndi ölkəmizdə bu sahəyə ciddi fikir verilir. Əməkdar jurnalist, tarixi abidələr üzrə araşdırıcı Həmzə Vəliməmmədov deyir ki, mədəni irsimizin gələcək nəsillərə çatdırılması üçün onların bərpa-təmir işlərinə xüsusi diqqət yetirilməli, abidələrin təbliği işində hökm sürən durğunluq aradan qaldırılmalıdır. Belə abidələrin mühafizəsi üçün gənclər arasında maarifləndirmə işləri aparmalıdır.
Gənc nəsil mənsub olduğu xalqın tarixini dərindən öyrənib, öz doğma vətəni ilə fəxr etməlidir. Bunun üçün gənclərdə milli-mənəvi tərbiyəni formalaşdırmaq lazımdır. Bu işdə abidələrin təbliğinin də böyük əhəmiyyəti var. Müsahibim həmçinin qeyd etdi ki, tarixi irsimizi, dəyərlərimizi gənc nəslə sevdirmək, məktəblilərin bu sahəyə aid bilgilərini artırmaq üçün ümumi təhsil məktəblərində təbliğat işi gücləndirilməlidir. Bunun üçün vaxtaşırı məktəblərdə turist-diyarşünaslıq ekskursiyaları təşkil edilməlidir. Gənclərin şüuruna yeridilməlidir ki, mədəni irsimizin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması kimi şərəfli işin məsuliyyəti onların üzərinə düşür.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə təsdiq olunmuş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına əsasən ərazimizdə 112 abidə qeydə alınıb.
Bunlardan 3-ü dünya, 52-si ölkə, 67-si yerli əhəmiyyətli olmaqla 46-sı memarlıq, 54-ü arxeoloji, 7-si monumental xatirə, 5-i dekorativ tətbiqi sənət nümunəsidir.
Нажмите на видео для просмотра:
Нажмите на фотографии для увеличения:




Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре