Ottavada Mübariz İbrahimovun xatirəsinə ağac əkildi – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Kanadanın paytaxtı Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş ağacın və məlumat lövhəsinin açılış mərasimi keçirilmişdir.
 

Day.Az-ın Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin məlumatına istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözləri ilə açan Azərbaycan icmasının fəallarında olan Yaşar Muğan ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Mübariz İbrahimov haqqında iştirakçılara məlumat vermiş və şəhid Mübariz İbrahimovun qəhrəmanlığının gənclərimiz üçün gözəl örnək olduğunu diqqətə çatdırmışdır.
 

Mərasimdə, həmçinin, Azərbaycan icmasının dəvəti əsasında Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin əməkdaşları da iştirak etmişdir.
 

Böyütmək üçün şəkillərə klikləyin: