Öpüş üstündə sevgilisi ölən qız: "Anası məni qəbr üstünə qoymur"

Day.Az представляет новость на азербайджанском языке:
Dünən Nərimanov rayonunda öldürülən 25 yaşlı Nazim Ələkbərovun sevgilisi Aysel Milli.Az-a baş verənlər barədə yazıb:
"Nazimin sevdiyi qız mənəm və o, məni ötürən zaman öldürülüb. Əzabdan ölürəm. Bizi bu dünyada ayırdılar. İki ay yarım idi ki, bir-birimizi görmürdük. Mənə zəng etdi ki, gəl səni görüm. Bulvarda oturduq, əlimi ürəyinin üstünə qoydu və dedi ki, bax Aysel sən burdasan. Sonrə gətirib evdə düşürdü məni. Dedim ki, sən get, mən özüm gedərəm, amma sözümə baxmadı. Biz blokda öpüşmədik. Yalan deyirlər. Sadəcə, onu qucaqlayıb evə getdim, 20 dəqiqə sonra eşitdim ki, bıçaqlayıblar. Nazimlə bir-birimizi çox sevirdik. Anası qoymur qəbrinə gedim. Dirisindən ayırdılar, ölüsündən də. Nazim, səni çox sevirəm, o dünyada görüşərik".
Xatırladaq ki, qətl hadisəsi Nazim Ələkbərov sevgilisi Ayseli evlərinə ötürərkən törədilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре