ATAA ilə Milli Kulinariya Mərkəzi əməkdaşlıq əlaqələrini genişləndirir - FOTO
.jpg)
Yanvarın 19-da Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə Milli Kulinariya Mərkəzi arasında əməkdaşlıq sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə və inkişafına dair saziş imzalanıb.
Sənədə əsasən hər iki qurum gələcəkdə qarşılıqlı əlaqələrin inkişafı, əməkdaşlığın genişləndirilməsi, milli kilinariya nümunələrinin təşviqi, mətbəx turizminin xarici partnyorlar arasında tanıdılması və xüsusi marşurutların hazırlanması, eləcə də bu istiqamətdə infoturların təşkili üzrə birgə fəaliyyət göstərəcəklər.
Görüşdə həmçinin qastro turizmin inkişafı üzrə yeni təkliflərin hazırlanması, milli kulinariya nümunələrinin tanıdılması istiqamətində marifləndirmə işlərinin aparılması məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре