"BP Türkiyədən çıxmağı düşünmür"

Day.Az представляет новость на азербайджанском языке

"Hər iki layihə də Türkiyənin enerji layihələri üçün geosiyasi önəmini göstərir"

Day.Az anspress-ə istinadən bildirir ki, bunu şirkətin Türkiyə rəhbəri Bud Fakrell keçən il 11 milyard lirə gəlir əldə etdiklərini bilidirib. "BP-nin Türkiyədən çıxmaq və ya bunu planlaşdırmaq kimi gündəmi qətiyyən yoxdur".

Onu sözlərinə görə, Türkiyə önəmli enerji qovşağıdır. Ölkənin şərqindəki ölkələrdə istehsal edilən enerjini qərbdəki ehtiyac sahiblərinə çatdırılmada önəmli körpü rolunu oynadığına işarə edib. Fakrell BP-nin qlobal strateji layihələrindən ikisinin - Bakı-Tiflis-Ceyhan xam neft boru xətti və Cənubi Qaz Dəhlizinin Türkiyədən keçdiyini xatırladıb:

"Hər iki layihə də Türkiyənin enerji layihələri üçün geosiyasi önəmini göstərir. Türkiyə üçün önəmli layihələrdən biri olan TANAP tamamlandıqdan sonra fəaliyyətə başlayacaq Cənubi Qaz Dəhlizi (CQD), Türkiyədən keçməklə Avropaya 10 milyard qaz ötürülməsini təmin edəcək. Bütün bunlar Türkiyənin enerji qovşağı rolunu daha da gücləndirəcək. Toplam 45 milyard dollar sərmayəsi olan CQD-da işlər son sürət davam edir".

Bud Fakrell BP-nin hissədarı olduğu TANAP boru xəttində də inşaa işlərinin sürətlə davam etdiyini qeyd edib. Üç inşaat bölgəsində qazıntı, qaynaq və boru yerləşdirmə işlərinin də paralel olaraq aparılır. O qeyd edib ki, TANAP-a ilk təbii qazın 2018-ci ildə çıxarılması planlaşdırlır. Xəzər dənizindən çıxarılan qazı ilk dəfə Avropaya çatdıracaq olan CQD layihəsi çərcivəsində ölkələrdə minlərlə insana iş imkanı yaranacaq"

O, qoyduqları sərmayələrin həcmini artıqdıqlarını deyib. İş adamı Türkiyədə davam edən Cənub Qaz Dəhlizi ilə bağlı sərmayələrin də davam etdiyini deyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.