İlhamə Quliyevanın evində klip çəkilir

Day.Az представляет новость на азербайджанском языке

Mərhum xalq artisti İlhamə Quliyevanın evində klip çəkilir.

Day.Az xəbər verir ki, bu haqda axşam.az-a açıqlama verən rejissor Nail Naiboğlu İ.Quliyevanın sağlığında oxuduğu son duetə klip çəkdiyini bildirib:

"İlhamə xanımın Ramal İsrafilovla oxuduğu "Hədiyyəm olsun" mahnsını ekranlaşdırırıq. Avqustun 17-də İlhamə xanımın doğum günüdür. Elə klipi də onun ruhuna ithaf edirik. İlhamə xanıma sağlığında söz vermişdim ki, bu evdə klip çəkəcəyəm. Qismət belə imiş. Biz çəkiliş üçün oğlu Orxandan icazə almışıq. Bu, İlhamə Quliyevanın vəfatından sonra onun evində baş tutan ilk çəkilişdir".

N.Naiboğlu evin Orxandan alınması haqda şayiələri də təkzib edib:

"Deyirdilər, ev Orxanın əlindən alınıb. Amma fakt budur ki, Orxan bu evdə qalır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.