Saçlarınız niyə tökülür?

Day.Az представляет новость на азербайджанском языке

Saç tökülməsinin fikirləşdiyinizdən də çox daha ciddi səbəbləri ola bilər. Day.Az olaraq bu səbəbləri sizin üçün araşdırdıq.

Saç tökülməsinin səbəblərini sizə təqdim edirik:

Tiroid xəstəliyi saç tökülmələrinin səbəbi ola bilər!

Tiroid hormonlarındakı ən diqqətə çarpan əlamətlərindən biri saçların tökülməsidir. Ancaq müalicə edildiyi zaman saçlar əvvəlki sağlam halına dönəcəkdir.

Şüursuz pəhriz etməyin!

Şüursuz bir şəkildə başlayan pəhriz vücudunuzda bəzi vitamin və mineralların azalmasına səbəb olur. Nervesa, blumia kimi yemə problemləri yaşanan xəstəliklərində də saç tökülmələri ilə qarşılaşmaq olur.

Dəmir və zülalın əskikliyi!

Dəmir və zülalın əskikliyindən qaynaqlanan saç tökülmələrinin səbəbi qidalanmadan qaynaqlanır. Vücudda dəmir və proteinin alımı azlığında saç tökülməsi müşahidə olunur.

Saçlarınızı yığarkən diqqət edin!

Saçlarınızı yığarkən çox sıxmaq və ya dartmaq saç tökülməsinə səbəb ola bilər. Bu əməliyyat keçəlliyə qədər nəticələnə bilər.

Stress saçın düşmənidir!

Stress və travmalar saç tökülməsinin başlıca səbəbləri arasında yer alır. Yaşanan stress və travmanın ardından davam edən dörd ay müddətində saç tökülmələri özünü göstərir.

Yüksək istilik!

Yüksək istilik saç tökülməsinin digər önəmli səbəblərindəndir.

Saçı çox istiliyə məruz buraxmaq!

Saçlarınızı tez-tez  düzləşdiricidən istifadə edərək və ya fen çəkərək istiliyə məruz buraxırsınızsa, saç tökülməsi yüksək ehtimallar arasındadır.

Menopoz!

Mütəxəssislər hal-hazırda menepozla saç tökülməsi arasında bir əlaqə tapmamış olsalar da, menepoza girən qadınlarda saç tökülməsi şikayəti ilə tez-tez rastlaşırıq.

Bahar Məmmədova

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.