"Azərbaycana model biznesini mən gətirmişəm"

Day.Az представляет новость на азербайджанском языке

"Xaricə pul qazanmağa getmədim"

ARB TV-nin "Gəlin danışaq" verilişinin növbəti qonağı məşhur model İlqar Əliyev olub.

Maraqlı açıqlamalar verən model ilk olaraq bu sənətə gəlişindən söz açıb:

"Uşaqlıqdan pilot olmaq istəyirdim. Aviasiya Akademiyasına daxil oldum. "Best model"ə gələndə artıq ikinci kursdaydım. Akademiyada hamı məni tanıyırdı. Məktəb vaxtı Gənc Tamaşaçılar Teatrında işləyirdim. Orada 5 illik fəaliyyətim olub. Sonradan pilotluq ikinci plana düşdü. Daha sonra "Qəfəs" realityi-şouya qatıldım. Orada da müəyyən qədər tanındım. 2004-cü ildə "Best model of Azerbaijan"ın qalibi oldum. Sonra dünya çempionatına getdik. Orada da finalçı olmuşduq. Amma ilk 5-liyə düşə bilmədik. O vaxt çox adam bilmirdi ki, Azərbaycanda model var. Azərbaycanda model biznesini mən inkişaf etdirmişəm. Ondan əvvəl modelliyə çox adam gəlmirdi".

Model daha sonra həyatından və işlərindən danışıb:

"Sonralar xaricə üz tutdum. Xaricə pul qazanmağa yox, iş görməyə getdim. Çox ağır idi işlər. Müxtəlif çəkilişlərimiz oldu. Türkiyə, Rusiya və Avropanın bəzi yerlərində oldum. Hal-hazırda da öz məktəbimi açmışam. Kursum var".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: