"Ana" deyən qışqıran quzu hər kəsi ŞOK ETDİ - Ərzurumda - VİDEO

Day.Az представляет новость на азербайджанском языке
Ərzurumda ölmək üzrə olduğu üçün kəsilən qoyunun qarnından sağ çıxarılan quzu "ana" deyə qışqıraraq hər kəsi şok edib.
Day.Az sherg-ə istinadən xəbər verir ki, Ərzurumun Yaqutuya qəsəbəsində kababçılıq edən Mücahid Akyıldırım, bir tanışının xəstəliyi səbəbiylə ölmək üzrə olan qoyununu kəsdi. Sonra qoyunun dərisini üzməyə başlayan Akyıldırım, qoyunun qarnındakı hərəkətliliyi görüncə təəccübləndi. Dərhal qoyunun qarnını açan sahibkar Mücahid Akyıldırım, quzunu görüncə şok oldu. Ölmək üzrə olan quzunu silkələyərək son anda həyata qaytaran Akyıldırım quzunu ədyala bükərək sobanın yanına aparıb. Özünə gələn quzunun "ana" deyə qışqırması Akyıldırıma ikinci bir şok yaşadıb.
4 günlük olan quzunu əmziklə qidalandırdığını söyləyən Akyıldırım: "Bu quzu bizim üçün çox qiymətlidir. Ona göz bəbəyimiz kimi baxacağıq", - deyə bildirib.
"Ana" deyə qışqıran quzu hər kəsin marağına səbəb olub. Quzunu görənlər ilk dəfə belə bir olaya şahid olduqlarını ifadə edir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре