https://news.day.az/culture/469378.html
Nərgiz Mahmudzadə: "Həmişə kişi işlərinə marağım olub" - FOTO
Day.Az представляет новость на азербайджанском языке.
Teleaparıcı Nərgiz Mahmudzadənin Milli.Az-a müsahibəsi.
- Necə oldu ki, aparıcı oldunuz?
- Bu, bir az uzun hekayədir. O vaxtlar tikinti şirkətlərindən birində çalışırdım. ATV telekanalından işçilər reklam çəkilişlərini danışmaq üçün həmin şirkətə gəlmişdilər. Məni orada gördülər. "1001 gecə" serialında Şəhrizad rolunu canlandıran Bergüzal Korelə çox bənzədiyimi deyib məni reklama çəkilməyə dəvət etdilər. Evə gəlib bu barədə atama dedim. Onun çox ağır xasiyyəti olduğuna görə dedi ki, yox, mənim qızım reklama çəkilə bilməz. İncidim, amma yenə də xeyri olmadı. Hardasa 1-2 ildən sonra ATV-dən (xəbərlər departamentindən) mənə aparıcılıq təklifi gəldi. Bu təklif ürəyimcə idi. Çünki mən uşaqlıdan məhz xəbər aparıcısı olmaq istəyirdim. Bu dəfə də atama dedim, lakin o, yenə razı olmadı. Sonra bibimə dedim. O, ailəmizdə sözükeçən adamdır. Atamla danışdı və xəbərlərin ciddi bir proqram olduğunu onun nəzərinə çatdırdı. Bundan sonra atam razılıq verdi.
Altı ay təcrübə keçdikdən sonra idman xəbərlərini aparmağa başladım. Təxminən iki ilə yaxın xəbərlər departamentində çalışdım. Sonra evdəkiləri öyrəşdirə-öyrəşdirə şou verilişinə keçdim (gülür). "Kaspi Qlobal" prodakşının məhsulu olan "Alma almaya" bənzər verilişinin aparıcısı oldum. Onu da qeyd edim ki, yeni ilə həsr olunan verilişdə aparıcı olmağıma səbəbkar olan xanımın - Bərgüzal Korelin obrazını canlandırdım.
- Şou xaraketrli veriliş aparmaq öz istəyiniz oldu, yoxsa bu, bir təklif idi?
- Belə qismət oldu desək, düzgün səslənər.
- Özünüzü hansında daha yaxşı tapa bildiniz? Xəbərlərdə, yoxsa hazırda apardığınız verilişdə?
- Xəbərlər mənim xarakterimə daha uyğundur. Amma orada özümü təqdim etmək üçün imkanlar az idi, demək olar ki, yox dərəcəsində idi. Bu verilişdə isə daha çox imkanlarım var.
- Məsələn, hansı imkanlar?
- Öz işimdə daha da irəli getmək üçün imkanlar.
- Özünüzə nəyi rəva görmürsünüz?
- Həmişə çalışmışam ki, ciddi görünüm. Aparıcılığımdan çox özümü aparmağımla seçilim. Mən həmişə özümdən çox ailəmi düşünmüşəm. Çalışmışam ki, onların başını hər zaman uca edim. Bunu nə dərəcədə bacardığımı bilmirəm. Amma bunu deyə bilərəm ki, 27 yaşım var, hələ də evə saat 20:00-dan gec gəlmək icazəm yoxdur. Arada buna hirslənirəm, amma heç vaxt valideynlərimin sözünü yerə salmıram. Özbaşınalıq etmirəm.
- Aparıcılıqdan savayı hansı sahəyə marağınız var?
- Aparıcılıqdan başqa nədənsə həmişə kişi işlərinə marağım olub. Uşaqlıqdan polis orqanlarında işləmək arzum olub. Gələcəkdə millət vəkili olmaq istərdim, ya da iş adamı.
- Haranı bitirmisiniz?
- Dnepropetrovsk Milli Universitenin Bakı filialının beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişəm.
- Bəs niyə öz sahəniz üzrə işləmədiniz?
- Ona heç imkan olmadı. Çünki ikinci kursdan etibarən işləməyə başladım. Sonra isə televiziya işinə daxil oldum və belə də davam etdi. Amma ola bilər ki, gələcəkdə diplomat olum. Çünki özümü o sahədə gürürəm (gülür).
- Onda belə çıxır ki, aparıcılıq sizin üçün bir hobbidir.
- Bəli, belə desək, doğru olar.
- Ailəlisiniz?
- Xeyr, subayam.
- Nə əcəb bu vaxta qədər ailə qurmamısınız?
- Nə bilim, qismət... Ailə müqəddəsdir, o addımı atmamışdan qabaq yaxşı düşünmək lazımdır. Qızların çoxu gənc yaşda ailə qurur. Hələ ailənin nə olduğunu anlamadıqları üçün də qurulan ailələrdən yalnız 10 faizi uğurlu və davamlı olur. Ona görə də dərk edib sonra ailə qurmaq lazımdır. Yəqin ona dəyən bir insan olmayıb, ona görə hələ də ailə qurmamışam. Amma yenə də qismət, doğrusunu Allah bilir.
- Sonuncu dəfə sizə nə zaman elçi düşüb?
- Neçənci əsrdə yaşayırıq ki, qıza deyilməmiş elçi gəlsinlər? (gülür).
- Belə görünür ki, siz hələ ailə qurmaq barədə düşünmürsünüz...
- Qismət...
- Geyim tərziniz necədir? Sərbəst geyinirsiniz, yoxsa özünüzə məhdudiyyətlər qoyursunuz?
- Sərbəstəm, istədiyim kimi geyinirəm. Amma həddi aşmamaq şərti ilə. Normal tərzdə.
- Televiziya sizdə nəyi dəyişdi?
- İnsanlara baxış tərzimi.
- Əvvəl necə baxırdınız ki?
- Qabaq çox saf və hər kəsə inanan biri idim. Sonra gördüm ki, həqiqətən də, heç kim göründüyü kimi deyil. Bu nüanslar məni püxtələşdirdi. İndi bir kəlmə sözlə belə kimin nə olduğunu anlaya bilərəm.
- Nə istəyirdiniz, nə oldu?
- Nə istəyirdimsə, Allahın köməkiliyi ilə o da oldu. Mən Allaha yaxın insanam. Evdə heç kim ibadətlə məşğul olmasa da, uşaqlıqdan mənim ürəyimdə qəribə bir Allah sevgisi var idi. Artıq beşinci sinifdə Quran oxumağa başlamışdım. O gündən bu günə qədər nə istəmişəmsə, hamısı olub. Əlbəttə ki, xeyrimə olanlar. Olmayanları isə sonradan başa düşmüşəm ki, belə məsləhət imiş. Və mənə kim nə yaxşılıq, ya da pislik etsə də, Allaha sığınmışam. O da hamının özünə uyğun cavabını verib. Dini yuxular da çox görürəm. Hətta yuxuda nə görürəmsə, o ,həyatda da baş verir.
- Axırıncı dəfə hansı yuxunu görmüsünüz ki, o da baş verib?
- Qoyun bu, sirr qalsın.
- Bayaq dediniz ki, olmayanlar olmadı, lakin sonra anladım ki, bu, mənim xeyrimədir. Onda belə deyək, nə istədiniz, amma o olmadı?
- Bir neçə şey olub. Bu, bir dəfə olan şey deyil. O, həyatım boyunca baş verən hadisələrdir. İllər keçdikcə niyə baş tutmadığını anlamışam.
- Özünüzü ümumilikdə necə xarakterizə edərsiniz?
- Səmimi, ciddi, çox möhkəm və s. biriyəm. Bircə onu dəqiq bilirəm ki, ürəyimdə heç kimə paxıllıq və kin yoxdur. Heç zaman da olmayıb. Ona görə də Allah mənə həmişə öz ruzimi verib. Ciddi olduğum qədər də deyib-gülməyi sevən insanam. Yalnız mənə yaxın olan insanlarla.
- Sizcə, ən çox nəyinizlə diqqət cəlb edirsiniz?
- Onu deyə bilmərəm. Hər kəs məni bir cür görə bilər. Amma həmişə deyirilər ki, üzümdə nur var.
- Mən bilmək istərdim ki... Bu ifadəni necə tamamlamaq istərdiniz?
- Mən bilmək istərdim ki, görəsən, mən həqiqətənmi Allahın sevimli bəndəsiyəm? Çünki başıma gələn hadisələr buna işarədir. İnşallah ki, belə olar...

Böyütmək üçün şəkillərə klikləyin.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре