Bakıda sərnişin avtobusunda sürücülər arasında DAVA

Day.Az представляет новость на азербайджанском языке.


Bakıda sərnişin avtobuslarından birində insident baş verib.

Day.az-ın məlumatına görə, Neftçilər prospekti, 2 ünvanının qarşısında 88 saylı xətt üzrə hərəkət edən "Karsan" markalı avtobusun sürücüsü 1985-ci il təvəllüdlü Əsgərov Sərxan Əkbər oğlu ilə digər sürücü 1953-cü il təvəllüdlü Mirzəyev Rasim Muxtar oğlu arasında dava olub. Dava-dalaş zamanı R.Mirzəyev 88 saylı xətt üzrə hərəkət edən avtobusun salonundakı şüşə arakəsməni vurub sındırıb. Faktla bağlı araşdırma aparılır.

Bakı Sərnişin və Yük Daşımalarının Təşkili MMC-dən Lent.az-a bildirib ki, hadisə R.Mirzəyevin idarə etdiyi minik avtomobilinin arxadan avtobusa çırpılmasından sonra baş verib. Qəzadan dərhal sonra avtomobilin sürücüsü ilə avtobus sürücüsü arasında insident baş verib. Artıq həmin avtobus xəttdən kənarlaşdırılıb, sürücünün izahatı alınıb.