Aygün Kazımova qadağa qoydu Day.Az представляет вниманию читателей новость на азербайджанском языке.

Bakıda yağan qara-çovğuna baxmayaraq yanvarın 29-da Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Aygün Kazımovaayın 26-dan təxirə saldığı növbəti doğum gününü təmtəraqla qeyd edəcək.

Bu barədə Milli.Az-a pop-divanın prodüseri Tarix Əliyev (Tolik) məlumat verdi və məclisöncəsi bəzi təfərrüatları oxucularımızla bölüşdü.

"Həmişə ilkləri gerçəkləşdirən Aygün Kazımova bu dəfə də ənənəsinə sadiq qalacaq. Bu vaxta qədər heç bir müğənninin öz ad günündə həyata keçirmədiyi qonaqların ciddi nəzarətini məhz biz tətbiq edəcəyik. Cangüdənlər məkanın önündə dayanacaq və yalnız adları siyahıda olan qonaqları içəri buraxacaqlar.

Səbəbi də var. İstəmirik ki, xoş gün haqqında məlumatı olan insanlar tədbirimizə axın etsinlər və Aygün xanımın ürəyiyumşaqlığından istifadə edib, çağırılmamış qonaq olsalar belə əyləncəmizə qatılsınlar. Sürprizlərə gəldikdə isə klubun qarşısında mini fotostudiya qurulacaq ki, dəvət olunan qonaqlar professional fotoqrafların kameraları qarşısına keçib, yadigar fotoları çəkdirəcəklər. Mətbuatda qonaqların kimliyi barəsində yazılar dərc olunsa da bu, tam siyahı deyil. Bircə onu deyə bilərəm ki, Aygün xanımın sənətçi dostları çoxluq təşkil etsələr də başqa mötəbər qonaqların sayı da yetərincə olacaq", - Tolik belə dedi.

Prodüserin sözlərindən dəqiqləşdirdik ki, maqazin jurnalistlərinin məclisdə iştirakına qadağa qoyulmasa da media mənsublarının çəkiliş aparmalarına cəmi 1 saat icazə veriləcək.