Natavandan Aygünə ismarıc: "İstəyirsən Afrikaya, Marsa get..."

Day.Az представляет новость на азербайджанском языке.
Xalq artisti Aygün Kazımova ölkədən çıxmasına qadağa qoyulmasına baxmayaraq, vətəni tərk edərək İstanbula yola düşüb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sosial şəbəkədə təyyarədə çəkilmiş fotosunu paylaşan xalq artisti "Di, salamat qalın" yazaraq gülüş işarəsi qoyub.
Müğənni Natavan Həbibi isə aralarındakı məhkəmə prosesindən sonra qəbul edilmiş "ölkədən çıxmama" qanunu pozan Aygünə elə sosial şəbəkədəcə ismarış göndərib:
"Eşitdim ki, hələ ki qanunun qüvvəyə minməməsindən istifadə edərək ölkədən tez-bazar uçan var. Amma unutmaq lazım deyil ki, hər gedişin bir dönüşü var. Bu, heç kimdə fikir çaşqınlığı yaratmasın. Çünki nə qanun dəyişər, nə də sizin Natavan. İstəyirsən Afrikaya get, istəyirsən Marsa. Yenə də hər bir Azərbaycan vətəndaşı Azərbaycan qanunlarına tabedir".
Qeyd edək ki, N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, xalq artisti Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir.
A.Kazımova dediklərini təkzib edərək, bunları yazmışdı:
"Öz səhifəmdə Natavan Həbibinin erməni olduğunu qeyd etmişdim. Lakin uzun sürən məhkəmə araşdırmasından sonra məlum oldu ki, fikrim yanlışdır. Məhkəmənin qətnaməsini qəbul edərək Natəvan Həbibi barədə dediyimi təkzib edirəm".
Aygün Kazımovanın Natavan Həbibidən üzr istəməyəcəyi təqdirdə isə, ölkədən kənara çıxa bilməyəcəyi haqda məhkəmə qətnaməsi qəbul olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре