Bu yol piyada və sürücülər üçün təhlükə saçır - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.

Paytaxtın Nizami rayonunda yol nişanları ilə bağlı sürücü və piyadaları çaş-baş salan mənzərə yaranıb.


"Qafqazinfo" xəzər xəbər-ə istinadən xəbər verir ki, piyada nişanları quraşdırılsa da zolaq çəkilməyib. Piyadalar deyir ki, belə vəziyyət onları çaş -baş salır.

Piyadalarla yanaşı sürücülər də piyada keçidi nişanının yanında zolağın olmamasının onları çaşdırdığını deyirlər.
 

Ekspertlər isə bildirir ki, yol hərəkəti haqqında qanuna görə piyada keçidini göstərən nişanla zolaq birlikdə təşkil edilməlidir. Piyada zolağı nişanın düz altında çəkilməlidir. Bu standart 1998-ci ildə MDB dövlətlərinin Dövlətlərarası Standartlaşdırma Şurası tərəfindən qəbul edilib. Ölkəmizdə də həmin normativ akt qüvvədədir.
 

Ərşad Hüseynovun sözlərinə görə, zolağın və ya nişanın olmaması inzibati tədbirlər zamanı piyada və sürücüləri məsuliyyətdən azad edə bilər.
 

Qəza hadisələri zamanı məsələ daha da mürəkkəbləşə bilər.

Yol nişanlarının təşkili ilə məşğul olan ilk qurum Baş Dövlət Yol Polisi idarəsinin tabeliyindəki siqnal idarəsi məşğul olur. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev qanunvericilikdə nişan və zolağın bir birini tamamlanmasının şərt kimi qoyulmadığını bildirib.
 

Şöbə müdiri etiraf edib ki, bu yol hərəkətinin təşkilində çatışmazlıqdır. Sözügedən vəziyyətlə bağlı araşdırmalar aparılmalıdır ki, zolaq niyə yoxdur. Yalnız bundan sonra müvafiq tədbirlər görmək olar.


фото