Kişi iki qadını döydü

Day.Az представляет новость на азербайджанском языке

Göygöl rayonunda döyülmə faktı qeydə alınıb.

"Qafqazinfo"-ın xəbərinə görə (Kəpəz TV-yə istinadən), rayon sakini 32 yaşlı Nardanə Abbasova və bacısı Hafizə yaşadıqları Üçtəpə kəndində qonşusunun hucumuna məruz qalıblar. Hər iki qadın müxtəlif xəsarətlərlə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər.

Zərərçəkənlərin sözlərinə görə, onlara qonşuluqda yaşayan Elçin İsgəndərov adlı şəxs xəsarət yetirib. Qonşular arasında baş verən mübahisəyə azyaşlı uşaqları səbəb olub.

Zərərçəkənlər ilkin tibbi müayinədən sonra evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.