Azərbaycanda ağır qəza

Day.Az представляет новость на азербайджанском языке.

Bakı-Qazax-Qırmızı Körpü magistral yolunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun ans press-ə istinadən məlumatına görə, qəza yolun Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı avtomobil hərəkətdə olarkən qəfildən yolun kənarındakı otlaq sahəsinə aşıb. Qəza zamanı avtomobil yanmağa başlayıb və içərisində olan iki nəfər yanaraq ölüb.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Нажмите на фотографии для увеличения: