İrəvan xanının nəslinin davamçısı Xankəndidə çıxışı ilə hər kəsi heyrətləndirdi - VİDEO

İrəvan xanının nəslindən olan, Almaniyada yaşayan Əmir Əli Sərdari İrəvani yurduna qayıdaraq Xankəndidə çıxışı ilə hər kəsi heyrətləndirdi.
Day.Az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Xankəndidə keçirilən, "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsində iştirak edən İrəvani tədbir çərçivəsində keçirilən panellərdən birində səhnəyə çıxaraq ana dilində çıxış edib.
"Belə qərar verdim ki, bu mühüm tədbirdə ana dilində danışmalıyam", - deyə Əmir Əli Sərdari İrəvani çıxışı zamanı bildirib.
O qeyd edib ki, Qərbi Azərbaycan İcmasının fəxri üzvü olmaq onun üçün böyük qürur mənbəyidir.
İrəvan xanının nəslindən olan bir şəxsin Xankəndidə Azərbaycan dilində çıxış etməsi tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре