İdmançı qızın telefonunu oğurlamaq istədi, amma.. - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.


Braziliyada oğrular idmançı qadının telefonunu oğurlamaq istəyən zaman çətin anlar yaşayıb.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, professional idmanla məşğul olan Monique Bastos dostları ilə gəzərkən iki oğru qarşısını kəsərək telefonlarını tələb edib. Cəld oğrulardan birini tutan idmançı qadın ayaqlarını onun boğazında düyünləyərək polis gələnə kimi bu vəziyyətdə saxlayıb. Oğruları polisə təhvil verən idmançı bu kimi halların tez-tez başına gəldiyini deyib: " Məşqə gedəndə iki nəfər qarşımızı kəsib telefonlarımızı istədi. Silahsız olduqlarını bilən zaman müdaxilə etdim və birini ayaqlarımla bərk sıxdım. Belə halla qarşılaşmağım ilk deyil. Bəlkə də artıq onlara bir dərs olar".

Videonu izləmək üçün şəklə klikləyin:

фото