Astara Bakı ilə bəhsə girib: dağ rayonunda bulvar - VİDEO

Day.Az представляет новость на азербайджанском языке
Astarada park-bulvar kompleksinin ikinci hissəsində tikinti işləri sürətlənib. Bulvar ərazisi genişlənərək 18 hektara çatdırılacaq. Keçən ilin may ayında başlanan işlərin bu ilin may ayının sonuna kimi təhvil verilməsi gözlənilir.
Astarada dənizkənarı park-bulvarın ikinci hissəsində bataqlıq olan ərazi tamamilə abadlaşdırılıb, 350 min kubmetrlərlə qum, çınqıl və torpaq daşınaraq yerin səviyyəsi xeyli qaldırılıb.
Day.Az bildirir ki, uzunluğu 480, eni 15 metr olan gəzinti meydançasının, həmçinin 450 metr uzunluğunda qala divarlarının, eləcə də Bayraq meydanının tikintisi davam etdirilir.
Son tamamlanma işləri gedən parkda 80 nəfər işçi qüvvəsi və 12 texnika çalışır. Hazırda may ayının sonuna kimi təhvil verilməsi gözlənilən bulvarın gəzinti və velosiped yollarına beton tavacıqlar döşənir, əraziyə yaşıllıqlar salınır. Park-bulvar ərazisində xaricdən gətirilmiş ən son texnologiya ilə hazırlanmış işıq dirəkləri quraşdırılıb.
Astara şəhərində Xəzər dənizi sahili boyunca 6 hektar ərazidə salınmış park-bulvar kompleksinin ərazisi 12 hektar artırılaraq 18 hektara çatdırılacaq. /xezerxeber.az
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре