"Götürüb divana atıb" - 7 dəfə dayə dəyişən müğənni

Day.Az представляет новость на азербайджанском языке

Milli.Az bildirir ki, ARB TV-nin "Sirdaş Rövşanə" proqramının növbəti qonağı müğənni Sevda Sanəliyeva olub.

7 dəfə dayə dəyişən müğənni başına gələn xoşagəlməz haldan danışıb:

"Biz də cavan dayə tutmuşduq. Çox pis olduğum vaxtlar olub. Bir az almanlar kimi ciddi rejimdə uşağı böyütmək istəyib. Bu qonşularımın da xoşuna gəlmirdi. Bir tərəfdən də xoşuma gəlirdi ki, oğlan uşağını ciddi böyüdür. Sonra gördük ki, ağ edir. Uşağımı incitmişdi. Kamera yazısına baxmazdan əvvəl özü etiraf etmişdi bunu. Oğlum "kalyaska"dan yıxılanda qızım altında qalmışdı. Qız möhkəm ağlamağa başlayanda qorxub və başlayıb oğlumu incidib. İtələyib, qışqırıb, götürüb divana atıb. Özü yazdı ki, Sevda xanım, Elgün məni əsəbiləşdirdi, ona görə ona hirsləndim. Kameradan baxandan sonra zəng etdim ki, ünvanını versin. Ağladı, ünvanını vermədi".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Videonu izləmək üçün şəklə klikləyin: