2019 Formula 1 Azərbaycan Qran Prisi nə vaxt keçiriləcək? - Bəzi məlumatlar yalandır

Day.Az представляет новость на азербайджанском языке
Son günlər bəzi xarici və yerli mətbuat orqanlarında 2019 Formula 1 Dünya Çempionatının ilkin yarış təqviminin bəlli olduğuna dair məlumatlar yer alır.
Bunula bağlı Bakı şəhər Halqası Əməliyyat Şirkətindən Milli.Az-a verilən məlumata görə, bu məlumat həqiqətə uyğun deyil:
"Hər il bir qayda olaraq növbəti mövsümün yekun yarış cədvəli cari mövsüm başa çatdıqdan dərhal sonra - dekabrın əvvəllərində Formula 1 və Beynəlxalq Avtomobil Federasiyası tərəfindən ictimaiyyətə təqdim olunur.
Bu baxımdan bildirmək istərdik ki, əlaqədar səlahiyyətli qurumlar tərəfindən növbəti mövsümün yarış cədvəlinə dair hər hansı bir açıqlama verilənədək Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq mediada yayılan məlumatları təsdiq etmirik.
Bir daha qeyd edirik ki, 2019 Formula 1 Azərbaycan Qran Prisinin keçirilmə tarixi 2019-cu ilin rəsmi yarış təqvimi elan olunanda - bu ilin dekabr ayında məlum olacaq".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре