Pol Makkartni uşaqlar üçün kitab yazıb

Day.Az представляет новость на азербайджанском языке
Britaniyalı musiqiçi və "The Beatles" rok-qrupunun yaradıcılarından biri Pol Makkartni uşaqlar üçün "Hey Grandude" adlı kitab yazıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, şəkilləri uşaq rəssamı Ketrin Derst tərəfindən çəkilən kitabda Grandude adlı qoca sehrbazın və 4 nəvəsinin macəralarından bəhs olunur.
Makkartni kitabın adını öz həyatından bir səhnə ilə izah edir. Belə ki, onun 8 nəvəsindən biri ingilis dilində "Ey, baba dostum!" mənasını verən "Hey Grandude" ifadəsi ilə musiqiçinin diqqətini cəlb etməyə çalışıb.
"The Beatles" rok-qrupunun sabiq bas-gitaraçısı uşaq kitabları janrında müəyyən təcrübəyə malikdir. O, 2005-ci ildə ingiltərəli uşaq yazıçısı Filip Ardo ilə birgə "Yüksək buludlarda: şəhərli tüklü şələquyruq" kitabını dərc edib. Həmin kitabın illüstrasiyalarını amerikalı multiplikator rəssamı Ceff Danbar çəkib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре