Şamaxı zəlzələdən sonra

Day.Az представляет новость на азербайджанском языке

Ötən gecə Şamaxıda baş verən zəlzələ əhalidə həyəcan yaradıb.

Day.Az oxu.az-a istinadən xəbər verir ki, zəlzələ maddi ziyana səbəb olub.

Evlərinə ziyan dəyən şəhər sakinlərinin dediklərinə görə, divarlarda çatlar yaranıb, evlərin damları zədələnib.

Hazırda avterşoklar davam etdiyinə görə əhali narahatlıq içindədir. Zəlzələ zamanı xəsarət alıb təcili şəkildə şəhər xəstəxanasına yerləşdirilənlər var.

Şəhər klinikasının baş həkimi hadisə yerində olan oxu.az-ın müxbirinə bildirib ki, cərrahiyə şöbəsinə üç nəfər müraciət edib, onlara ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.

Hazırda şəhərə dəyən ziyan araşdırılır.

Xatırladaq ki, Şamaxıda ilkin zəlzələ yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda, Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Gecə baş verən zəlzələni Şamaxı sakinləri belə xatırlayır