"Zəlzələdən sonra müraciət edənlərin əksəriyyəti şəkər və ürək xəstələri olub"

Day.Az представляет новость на азербайджанском языке

Zəlzələ nəticəsində Şamaxı Rayon Mərkəzi Xəstəxanasına 30 nəfərə yaxın xəstə müraciət edib.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səməd Fətəliyev məlumat verib.

Baş həkim bildirib ki, daxil olan xəstələrdən 3 nəfər travma, digərləri isə şəkərli diabet və ürək xəstələri olub: "Xəstələrə yardım göstərilib, onlar evə buraxılıb. Cəmi 1 qadın şəkərli diabet xəstəsi olduğu üçün qəbul edilmişdi, həmin qadının da səhhəti bu gün normallaşdığı üçün evə buraxıldı. Hazırda xəstələr ambulator nəzarətdədirlər, vəziyyətlərində mənfi dəyişiklik yoxdur".

Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.