Dilarə onunla qızının toyunda barışdı

Əməkdar artistlər Dilarə Əliyeva və Röya Ayxan arasında davam edən küsülülük ötən gün bitib.

Day.Az Axşam.az-a istinadla xəbər verir ki, onları illər sonra birləşdirən isə Əliyevanın qızı Aytənin toy məclisi olub. Müğənni Oqtay və Dilarə cütlüyünün xoş gününə qatılaraq, aktyorları təbrik edib.

Dilarə və Röyanın birlikdə rəqs etdiyi video sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, onların illər öncə küsməsinə Dilarənin Röyaya iradı, sənətçinin isə ona kəskin cavabı səbəb olmuşdu.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.