49 yaşlı aparıcı lüt şəkil çəkdirdi - Ailəm normal baxır

49 yaşlı teleaparıcı çılpaq şəkli ilə gündəm olub.

Day.Az Milli.Az-a istinadla xəbər verir ki, Britaniyanın BBC və ITV kanallarında aparıcılıq edən 49 yaşlı Julia Bradbury lüt halda fotokamera qarşısına keçib.

Plastik butulkaların üzərində çılpaq halda uzanan aktrisa bədəninin intim yerlərini elə butulkalarla örtməyə çalışıb.

Aparıcı ailəsinin bu fotosessiyaya normal baxdığını, özünün də peşman olmadığını dilə gətirib.

O, bu fotonu yenidən emal məsələsinə diqqət üçün çəkdirdiyini söyləyib.

"Mən 750 ədəd plastik butulkanın üzərində uzanmışdım. Hansı ki, bu qədər butulka İngiltərədə, sadəcə, 1 dəqiqə ərzində zibilliyə atılır. Onların, sadəcə, bir neçə faizi yenidən emala göndərilir", - Julia açıqlama verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.