BMT olaraq Azərbaycan hökumətinə dəstəyimizi davam etdirəcəyik - Vladanka

Korrupsiya vətəndaşları öz hüquqlarından məhrum edir və idarəçiliyin əsaslarını sual altına alır.
Day.Az Trend-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - GlobE Network - çərçivəsində 6-cı Plenar İclasa və İdarəetmə Komitəsinin 10-cu Görüşündə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva deyib.
Onun sözlərinə göre, hamımız çalışmalıyıq ki, dayanıqlı və yaşıl artımı təmin edək:
"Biz tərəfdaşlığımızı gücləndirməliyik ki, şəffaflıq artsın. BMT-nin korrupsiyaya qarşı konvensiya beynəlxalq səviyyədə hüquqi qüvvəyə malik yeganə sənəddir. Burada cinayət təqiblərinin görülməsi barədə konkret məsələlər qoyulur".
A.Vladanka qeyd edib ki, ötən il sentyabr ayında bir pakt qəbul edilib:
"Bilirik ki, bu korrupsiya dövlət idarəçiliyinin vətəndaşlara bərabər şəkildə göstərilməsinə təsir göstərir. Burada bizi qəbul edən Azərbaycan hökumətinə təşəkkürümü bildirirəm. Çünki Azərbaycan BMT-nin korrupsiyaya qarşı konvensiyasında iştirak edir. Azərbaycan həm nəzərdən keçirilən həm də nəzərdən keçirən dövlət kimi burada iştirak edir. Hamımız hesab edirik ki, BMT olaraq Azərbaycan hökumətinə dəstəyimizi davam etdirəcəyik".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре