Məşhurların reklam etdyi arıqlama çayları zəhərli çıxdı

Son günlər müxtəlif sosial şəbəkələrdə məşhur simaların reklam etdikləri arıqlma çayları barədə çox danışılır.

Day.Az Bizimyol.info-ya istinadla xəbər verir ki, dünən məhsullarını Gülbən Ərgən,Seda Sayan Ece Erken, Deniz Akkaya, Hande Yener,Gonca Vuslateri, Yeliz Yeşilmen və Ebru Yaşar kimi məşhuyrların reklam etdiyi "Teff Tohumlu Çay" arıqlama çayının əslində qanunsuz laboratoriyalarda kimyəvi maddələrdən hazırlandığı və ölümcül təsirlərə malik olduğu üzə çıxıb. Stanbul polisinin keçirdiyi əməliyyta nəticəsində bu çayların istehsalı və satışı ilə məşğul olan şəbəkə ələ keçirilib.

Polis həmçinin cinsəl istəyi artıran məhsulların da eyni şəbəkə tərəfindən hazırlandığını aşkarlayıb.

6 ay ərzində şəbəkəni izləyən polis müştəri adı ilə həmin məhsulları alaraq İstanbul II Qida Kontrol Laboratoriyasında analiz edib. Nəticələr göstərib ki, içdikdən sonra iştahı kəsən və arıqladan bu çay məhsullarının tərkibində psixiatrların bəzi xəstəliklərin müalicəsi zamanı tətbiq etdikləri yüksək dozada qəbul edildikdə ürək- damar sistemində problemlər yaradan "Sibutramin", "Sildenafil", diabetin müalicəsində tətbiq olunan "Metformin",psixoloji problemlərə səsbəb olan "Fuluoksetin", həmçinin ağrıkəsici təsirə malik "Parasetamol" maddəsi olduğu aşkarlanıb.

Hadisə ilə bağlı dindirilməyə aparılan 14 şirkət əməkdaşı ifadə verdikdən sonra sərbəst buraxılıb. Onların 2005-ci ildən bəri bir neçə dəfə eyni ittihamlarla saxlanılıblar.

Zəhərli çaylar 1

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.