Polkovnik-leytenant işdən çıxarıldı

Nəqliyyatda Baş Polis İdarəsinin vəzifəli şəxsi təqaüdə göndərilib.

Day.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, imzalanmış əmrə əsasən Xətt Polis İdarəsinin Gəncə şəhər şöbəsinin rəisi, polis polkovnik-leytenantı Şadəm Hüseynov xidmətdə olmanın son yaş həddi ilə bağlı vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.