Azəri-Mərkəzi-Şərqi layihəsində detallı mühəndislik fazası tamamlanır
![Azəri-Mərkəzi-Şərqi layihəsində detallı mühəndislik fazası tamamlanır](https://img.day.az/2021/03/09/800x550/oil_sector_070519.jpg)
SOCAR-KBR Azəri-Mərkəzi-Şərqi (ACE) layihəsində detallı mühəndislik fazasını demək olar ki, tamamlayıb.
Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.
İ.Əhmədov xatırladıb ki, Azəri-Mərkəzi-Şərqi layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformalarının arasında yeni platformanın quraşdırılması, burada çıxarılacaq məhsulun ötürülməsi üçün sualtı boru kəmərləri inşa edilməsi, eləcə də Azəri-Mərkəzi-Şərqi və Şərqi Azəri platformaları arasında suvurma boru xəttinin çəkilməsi işlərinin icrası, əsasən də mühəndislik layihələndirmə işləri ilə əlaqədar "SOCAR-KBR" MMC birgə müəssisə ilə müqavilə imzalanmışdı.
Digər layihələrə gəlincə, "SOCAR-KBR" şirkəti bu il "Umid-2" layihəsi çərçivəsində Detallı Iayihələndirmə fazasını bitirməyi hədəfləyir. "Qarabağ" yatağında quraşdırılması planlaşdırılan platforlamanın üst modulunun Konsept Layihələndirmə, Pre-FEED və FEED (İlkin Detallı Layihələndirmə) fazalarını həyata keçirməyi planlaşdırır. Eyni zamanda hazırda Konsept mərhələsi davam edən "Abşeron-Faza 1" layihəsinin növbəti pre-FEED və FEED fazalarının da bu il layihələndirlməsi nəzərdə tutulur. Şirkət bu il çıxması planlaşdırılan bəzi tendərlərdə də iştirak edə bilər."
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре