https://news.day.az/azerinews/1417131.html
Bu il Azərbaycanda mobil operatorlar nə qədər qazanıb?
Bu il Azərbaycanda mobil operatorlar nə qədər qazanıb?

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2021-ci ilin yanvar-noyabr aylarında göstərilmiş xidmətlərin dəyəri 2 milyard 109 milyon manat təşkil edib.
Day.Az Trend-ə istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadə də 5,7 faiz artıb.
Göstərilmiş xidmətlərin 75,4 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 42,4 faizi və ya 893,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре