https://news.day.az/azerinews/1492283.html
Bəşər tarixində ilk təcrübə: NASA canlı efirdə asteroidi vurmağa çalışacaq - FOTO
NASA sentyabrın 27-də yeni eksperiment həyata keçirəcək. Day.Az oxu.az-a istinadən xəbər verir ki, eksperiment idarəolunan zondla toqquşdurulma vasitəsilə asteroidin istiqamətinin dəyişdirilməsini nəzərdə tutur. Alimlər asteroidi DART zondu ilə vurmağa çalışacaqlar.
Bəşər tarixində ilk təcrübə: NASA canlı efirdə asteroidi vurmağa çalışacaq - FOTO

NASA sentyabrın 27-də yeni eksperiment həyata keçirəcək.
Day.Az oxu.az-a istinadən xəbər verir ki, eksperiment idarəolunan zondla toqquşdurulma vasitəsilə asteroidin istiqamətinin dəyişdirilməsini nəzərdə tutur.
Alimlər asteroidi DART zondu ilə vurmağa çalışacaqlar. Planlaşdırıldığına görə, toqquşma asteroidin trayektoriyasını dəyişdirməlidir. Bu, bəşər tarixində ilk belə təcrübə olacaq.
Sözügedən asteroid Yer üçün təhlükəli hesab olunmur. Eksperiment sadəcə olaraq Yer kürəsini gələcəkdə belə təhlükələrdən qoruyan sistemin mümkünlüyünü nümayiş etdirmək üçün aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре