ABŞ Dövlət Departamentinin müşaviri Ermənistana

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri Lui Bono martın 7-də İrəvana səfər edəcək.

Day.Az xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi xəbər verib.

L.Bono Ermənistanla Azərbaycan arasında hərtərəfli sülhün əldə olunması istiqamətində danışıqlarda ABŞ-nin köməkliyini müzakirə etmək üçün Ermənistan rəhbərliyi ilə görüşlər keçirəcək.