https://news.day.az/azerinews/1551328.html
Azərbaycanlı idmançılar Ermənistana gedəcək? - RƏSMİ AÇIQLAMA
Azərbaycanlı idmançılar Ermənistana gedəcək? - RƏSMİ AÇIQLAMA

Azərbaycan Ağır Atletika Federasiyası Azərbaycan ağır atletika yığmasının İrəvanda keçiriləcək Avropa çempionatında iştirakının təsdiqlənməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
Federasiyadan Day.Az-a verilən məlumata görə, Azərbaycan hələ iştirakını təsdiq etməyib.
Qeyd edilib ki, Azərbaycan Ağır Atletika Federasiyası olaraq Avropa Ağır Atletika Federasiyası və Beynəlxalq Ağır Atletika Federasiyasına təhlükəsizlik tədbirəri ilə bağlı zəmanət məktubunun alınması ilə bağlı müraciət etmişik. Ancaq hələ də müraciətə cavab verilməyib. Bu səbəbdən də Azərbaycan iştirakını rəsmi təsdiq etmiş sayılmır. Rəsmi təsdiq üçün son tarix 11 apreldir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре