https://news.day.az/azerinews/1551358.html
Bakıda 31 evdən 36 min manatlıq oğurluq olub
Bakıda 31 evdən 36 min manatlıq oğurluq olub

Bakıda evlərdən oğurluq edən şəxslər tutulub.
DİN-dən Day.Az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 31 evdən ümumi dəyəri 36.000 manatdan çox olan təmir-tikinti alətləri, inşaat materialları, naqil və məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Gəncə şəhər sakini Nizami Əliyev və Bakı şəhər sakini Mahir Talıbov saxlanılıblar.
Araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре