Qvardiola Holanda əvəzedici tapdı

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Erlinq Holanda əvəzedici tapıb. 

Fanat.Az xəbər verir ki, söhbət "Borussiya Dortmund"un futbolçusu Yussuf Mukokodan gedir. 

Məlumatı "Football Transfers" yayıb. İspaniyalı mütəxəssis 18 yaşlı forvardı Holanda ideal əvəzedici olaraq görür. O, Yussufu Serxio Aqueroya bənzədir. 

Kamerun əsilli almaniyalı futbolçu hazırki klubunu tərk etməyi düşünürsə, Qvardiola onu Mançesterə dəvət etməyi planlaşdırır. 

Qeyd edək ki, Mukokonun "Borussiya Dortmund" ilə cari müqaviləsi 2026-ci ilə qədərdir.