https://news.day.az/azerinews/1551403.html
Sahibə Qafarova BMT-nin mənzil qərargahında Türkiyədəki zəlzələ qurbanlarının xatirə guşəsini ziyarət edib - FOTO
Sahibə Qafarova BMT-nin mənzil qərargahında Türkiyədəki zəlzələ qurbanlarının xatirə guşəsini ziyarət edib - FOTO

Martın 30-da Türkiyə Respublikasının Birinci Xanımı Əminə Ərdoğan, Milli Məclisin sədri Sahibə Qafarova, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş və digər rəsmi şəxslər BMT-nin Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən mənzil qərargahında fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən insanların xatirəsinə həsr olunmuş guşəni ziyarət ediblər.
Milli Məclisdən Day.Az-a bildirilib ki, ziyarətçilər həlak olunların xatirəsini yad edib, burada yaradılmış sərgi ilə tanış olublar.
Sonda ziyarətçilər xatirə kitabını imzalayıblar.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре