Füzulidə "Molla Nəsrəddin" komediyasının premyerası olub - FOTO

Füzuli Dövlət Dram Teatrında 1 aprel Ümumdünya Gülüş Günü ilə əlaqədar 2023-cü ilin repertuarında olan Xəqani Əliyevin "Molla Nəsrəddin" komediyasının premyerası olub.
AZƏRTAC xəbər verir ki, premyerada komediyanin müəllifi Xəqani Əliyev və Füzuli rayon ictimaiyyəti iştirak edib.
Quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadə olan tamaşada rolları Sehran Xanlarov, İntizar Quliyeva, Asif Şirinov, Qaçaq Qarayev, Əli Hüseynov, Günel Hacıyeva, Elçin Məmmədov, Vüqar Babayev, Emin Abışov, Vüsal Həsənov və başqaları ifa ediblər. Tamaşada keçmişlə bu günün sintezi olan Molla Nəsrəddinin evlənmə hekayəsi nümayiş olunub. Şən musiqilər və kütləvi rəqslərlə bol olan tamaşada maraqlı və gülməli hadisələr bir-birini əvəz edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре