“Qazprombank” Qarabağdakı layihələrin Azərbaycan iqtisadiyyatının artımına töhfəsini proqnozlaşdırıb

2023-cü ildə Qarabağda layihələr geniş vüsət aldıqda və təkcə büdcə deyil, həm də xarici investisiyaları cəlb etdikdə onların iqtisadi artıma töhfəsi 2,5 faiz bəndi təşkil edə bilər.
Bunu Trend-ə "Qazprombank"ın Bazarın Təhlili Departamentinin rəis müavini Gülnarə Xaydarşina deyib.
"Eyni zamanda, nəqliyyat arteriyalarının inkişafı üzrə yeni layihələr 2024-cü ilə qədər Azərbaycanın ÜDM-də nəqliyyatın payının 20%-ə yaxın səviyyəyə yüksəlməsini təmin edəcək. Xatırladaq ki, 2019-cu ildə pandemiyadan əvvəl nəqliyyatın Azərbaycanın ÜDM-də payı 10% az miqdarda keçib", - deyə o bildirib.
Xaydarşinanın sözlərinə görə, Azərbaycan iqtisadiyyatının şaxələnməsinə pul köçürmələrinin daxil olması da kömək edir.
"Artan istehlak tələbi qeyri-neft və qeyri-qaz sektoruna aid olan pərakəndə satış və xidmət sahələrində artıma təkan verir. Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatına görə, 2022-ci ildə fiziki şəxslərdən Azərbaycana pul köçürmələrinin axını 3,6 milyard dollara çatıb və 2021-ci illə müqayisədə 3,2 dəfə artıb", - deyə o əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре