İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələri hazırlanacaq

İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələri hazırlanacaq.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən "Normativ hüquqi aktlar haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətində icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Eyni zamanda Nazirlər Kabineti 2 ay ərzində normativ hüquqi aktın layihəsinin hazırlanmasını, razılaşdırılmasını və normayaratma orqanına təqdim olunmasını təmin edən informasiya sisteminin əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.