Azərbaycan Strongmen Federasiyasının Prezidenti  və Vitse prezidenti Dünya çempionu oldu

16-17 Dekabr 2023-cü il Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "WRPF" üzrə 9-cu Dünya çemionatı keçirilir.

Dünyanın 29 ölkəsi 4000-dən çox idmançıyla bu mötəbər yarışda iştirak edir.

Day.Az xəbər verir ki, güc İdman Növləri üzrə keçirilən yarışda ölkəmizi başda Federasiya Rəhbəri Bəxtiyar Quliyev olmaqla Vitse Prezidentlər Raif Süleymanov, Namiq Cəfərov və komandamızın digər üzvləri təmsil edir.

Yarışda "Deadlift" hərərki üzrə 40-49 yaş kateqoriyasında (dopinq testlə) Bəxtiyar Quliyev 290 kg çəkinin öhdəsindən gələrək qızıl medala layiq görülüb. Bəxtiyar Quliyev bu nəticəsi ilə öz idman karyerasında 9 qat Dünya Çempionu adını yazdırdı.

Qeyd edək ki, Güc İdman Növləri üzrə keçirilən bu çempionatda ölkəmizi Azərbaycan Strongmen Federasiyası öz komondası ilə təmsil edir.

Beləki Vitse Prezident Raif Süleymanov da öz çəkisində müxtəlif hərəkətlər üzrə bütün rəqiblərinə qalib gələrək yarışı 3 qızll medalla başa vuraraq, Himnimizi fəxri kürsüdə səsləndirərək Ölkəmizi layiqincə təmsil edib.