Bakı metrosunda “SKUTER ŞOU”SU - VİDEO

Bakıda metroda skuter sürən bir nəfərin videosu yayılıb. Belə ki, gənc metro ilə parkı səhv salıb.
Day.Az xəbər verir ki, hadisə metropolitenin stansiyalarından birində qeydə alınıb. Belə ki, hərəkətdə olan vaqonda bir gənc skuter sürüb.
Metroda ayaq üstə durmağın belə çox çətin olduğunu nəzərə alsaq, həmin vaxt o skuterdən yıxılarsa ağır xəsarət alması qaçılmaz olardı.
Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyir ki, görüntülər yayılan kimi polisə məlumat verilib. Qurum rəsmisi deyir ki, gəncin etdiyi hərəkət təhlükəlidir və metropolitenin daxili qaydalarına ziddir.
Parkla metronu səhv salan gənci bu hərəkəti etməyə məcbur edən səbəb hələki məlum deyil.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре